[b]"Bavariya" Ançelottinin gedişini rəsmən təsdiqlədi[/b]
28.09.2017 - 19:28
"Bavariya" baş məşqçisi Karlo Ançelotti ilə yolları ayırdığını rəsmən açıqlayıb. Apasport.az xəbər verir ki, bu barədə klubun saytında məlumat yerləşdirilib.
Rəhbərlik Çempionlar Liqasında PSJ-yə 0:3 hesablı məğlubiyyətdən sonra istefa ərizəsini təqdim edən mütəxəssisin istəyini yerinə yetirib. Baş məşqçi vəzifəsini müvəqqəti olaraq, Ançelottinin köməkçisi Villi Sanyol icra edəcək.
Qeyd edək ki, karyerası ərzində "Yuventus", "Milan", "Çelsi", PSJ və "Real" kimi klubları da çalışdırmış Karlo Ançelotti ötən ildən "Bavariya"nın "sükanı arxası"nda idi.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0