[b]“Neftçi”: Sadiqov gəldi, Mahmudov yol üstədi[/b]
11.09.2017 - 15:03
[b]“Neftçi”: Sadiqov gəldi, Mahmudov yol üstədi[/b]

Mövsümə uğursuz start götürən “Neftçi” “transfer pəncərəsi”nin bağlanmasına baxmayaraq, heyətini gücləndirməkdə davam edir. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərlinin apasport.az saytına verdiyi məlumata görə, bu gün iki yeni oyunçu heyətə cəlb edilə bilər.

 

Tərlan Əhmədovu baş məşqçi postuna gətirən bakılılarda sabiq kapitan Rəşad Sadiqovun dönüşü artıq dəqiqdi. Əfsərli “Zirə”dən ayrılaraq azad agent statusu daşıyan yarımmüdafiəçinin bu gün birillik müqavilə imzalayacağını bildirib.

 

Mətbuat katibi həmçinin “Boavişta”dan ayrıldıqdan sonra klubsuz olan Emin Mahmudovla danışıqların yekunlaşmaq üzrə olduğunu vurğulayıb: “Rəşad bir azdan rəsmi müqavilə imzalayacaq. O, mövsümün sonuna qədər komandaya məxsus olacaq. Ancaq hansı nömrə altında oynayacağı hələ bəlli deyil. Emin Mahmudovla da danışıqlar davam edir. Ola bilsin ki, onun keçidini də gün ərzində açıqladıq”.

 

Qeyd edək ki, “Neftçi” Premyer Liqada IV turdan sonra 1 xalla 7-ci pillədə qərarlaşıb.

0