[b]“Qarabağ”ın rəqiblərinin Kosta davası: “Atletiko” istəyini qışa saxladı[/b]
04.09.2017 - 14:35
[b]“Qarabağ”ın rəqiblərinin Kosta davası: “Atletiko” istəyini qışa saxladı[/b]

“Çelsi”nin hücumçusu Dieqo Kostanın gələcək karyerası sual altındadı. Apasport.az saytı “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Braziliya əsilli ispan futbolçunun yeni mövsümü hansı klubda keçirəcəyinə hələ də aydınlıq gəlməyib.

 

“Atletiko” rəhbərliyi Kostanın xidmətində maraqlı olsa da, ona “Çelsi”nin düşərgəsinə dönməyi məsləhət görüb. Məsələ burasındadı ki, madridlilər 28 yaşlı forvardı qışda transfer etməyi düşünürlər. Onların fikrincə, “Çelsi” ilə müqaviləsi olmasına rəğmən, London klubunda oynamaqdan imtina edən Kostanın bu davranışı onun “Atletiko”ya keçidini çətinləşdirə bilər.

 

“Çelsi” rəhbərliyi də Kostadan klubun düşərgəsinə qayıtmağı və məşqlərə başlamasını tələb edib. Futbolçunu 300 min funt-sterlinq dəyərində cərimələyən “zadəganlar” bu məbləği 3 milyona qədər qaldıra biləcəklərini deyiblər. Baş məşqçi Antonio Konte isə cari mövsümdə Kostanın xidmətindən istifadə etmək fikrində deyil.

 

Qeyd edək ki, həm “Çelsi”, həm də “Atletiko” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibidi.

0