[b]Daha bir futbolçu Avropa çempionatından kənarda qaldı[/b]
07.05.2016 - 13:24
[b]Daha bir futbolçu Avropa çempionatından kənarda qaldı[/b]

Fransa yığması AÇ-2016-da müdafiəçi Benua Tremulinasın xidmətindən məhrum qalacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb 30 yaşlı futbolçunun zədələnməsidi.

 

“Sevilya”nın təcrübəli oyunçusu Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində “Şaxtyor”la cavab görüşündə ayağından xəsarət alıb. Mövsümü qapayan Tremulinas yalnız 1 aydan sonra məşqlərə başlaya biləcək. Onun doğma vətənində keçiriləcək qitə birinciliyini buraxacağı artıq dəqiqdi.

 

Tremulinasdan fərqli, İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Henderson qitə birinciliyinə hazır olacaq. Bunu futbolçunun formasını geyindiyi “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlayıb. O bildirib ki, Hendersonun Avropa Liqasının final matçına yetişib-yetişməyəcəyi məlum olmasa da, futbolçu Avropa çempionatında yığmanın tərkibinə ola biləcək.

0