[b]Avropa Liqası: Türkiyə - Ukrayna duelləri ilə start[/b]
14.09.2016 - 14:29
[b]Avropa Liqası: Türkiyə - Ukrayna duelləri ilə start[/b]

Sabah Avropa Liqasında qrup mərhələsi həyəcanına start veriləcək. Apasport.az saytının məlumatına görə, 12 qrupda 24 qarşılaşma baş tutacaq.

 

Azərbaycan təmsilçiləri “Qarabağ” və “Qəbələ” də ilk sınaqlarına çıxacaqlar. Ölkə çempionu “Qarabağ” Bakıda “Slovan”ın müqavimətini qırmağa çalışacaq. “Qəbələ” isə Belçikada “Anderlext”ə sürpriz yaşatmaq niyyətindədi.

 

Türkiyənin Avroliqadakı 3 təmsilçisindən 2-si Ukrayna komandası ilə qarşılaşacaq. “Fənərbaxça” səfərdə “Zarya” ilə münasibətlərinə aydınlıq gətirəcəksə, “Konyaspor” güclü “Şaxtyor”u qəbul edəcək. Qonşu ölkənin digər komandası “Osmanlıspor” isə doğma arenasında “Styaua”nı əliboş yola salmağa çalışacaq.

 

Bu turnirdə yarışacaq Avropa nəhənglərindən “Mançester Yunayted” “Feyenord”la, “Roma” “Viktoriya” ilə, “İnter” isə “Hapoel”lə üz-üzə gələcək.

 

 

Avropa Liqası

Qrup mərhələsi. I tur

15 sentyabr

 

A qrupu

21:00. “Feyenord” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə)

21:00. “Zarya” (Ukrayna) – “Fənərbaxça” (Türkiyə)

 

B qrupu

21:00. “Yanq Boyz” (İsveçrə) – “Olimpiakos” (Yunanıstan)

21:00. APOEL (Kipr) – “Astana” (Qazaxıstan)

 

C qrupu

21:00. “Anderlext” (Belçika) – “Qəbələ” (Azərbaycan)

21:00. “Maynts” (Almaniya) – “Sent-Etyen” (Fransa)

 

D qrupu

21:00. “Alkmar” (Hollandiya) – “Dandalk” (İrlandiya)

21:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Zenit” (Rusiya)

 

E qrupu

21:00. “Astra” (Rumıniya) – “Austriya” (Avstriya)

21:00. “Viktoriya” (Çexiya) – “Roma” (İtaliya)

 

F qrupu

21:00. “Rapid” (Avstriya) – “Genk” (Belçika)

21:00. “Sassuolo” (İtaliya) – “Atletik” (İspaniya)

 

G qrupu

23:05. “Panatinaikos” (Yunanıstan) – “Ayaks” (Hollandiya)

23:05. “Standard” (Belçika) – “Selta” (İspaniya)

 

H qrupu

23:05. “Konyaspor” (Türkiyə) – “Şaxtyor” (Donetsk, Ukrayna)

23:05. “Braqa” (Portuqaliya) – “Gent” (Belçika)

 

İ qrupu

23:05. “Zalsburq” (Avstriya) – “Krasnodar” (Rusiya)

23:05. “Nitsa” (Fransa) – “Şalke” (Almaniya)

 

J qrupu

19:00. “Qarabağ” (Azərbaycan) – “Slovan” (Çexiya)

23:05. PAOK (Yunanıstan) – “Fiorentina” (İtaliya)

 

K qrupu

23:05. “Sauthempton” (İngiltərə) – “Sparta” (Çexiya)

23:05. “İnter” (İtaliya) – “Hapoel” (Beer-Şeva, İsrail)

 

L qrupu

23:05. “Vilyarreal” (İspaniya) – “Sürix” (İsveçrə)

23:05. “Osmanlıspor” (Türkiyə) – “Styaua” (Rumıniya)

0