[b]ÇL: həftənin ən yaxşısı kim olacaq?[/b]
05.04.2018 - 13:37
[b]ÇL: həftənin ən yaxşısı kim olacaq?[/b]

Çempionlar Liqasında 1/4 final mərhələsinin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA bu ad uğrunda 4 oyunçunu seçib.

 

Bunlar “Barselona”nın müdafiəçisi Xerard Pike, “Liverpul”un hücumameylli yarımmüdafiəçisi Məhəmməd Salah, “Bavariya”nın orta sahə oyunçusu Hames Rodriges və “Real”ın hücumçusu Kriştianu Ronaldodu. Qalib azarkeşlər arasında aparılacaq səsvermədən sonra açıqlanacaq.

 

Qeyd edək ki, ÇL-in 1/4 final mərhələsinin ilk matçarında “Barselona” “Roma”nı (4:1), “Liverpul” “Mançester Siti”ni (3:0), “Bavariya” “Sevilya”nı (2:1), “Real” isə “Yuventus”u (3:0) məğlub edib.

0