[b]"Hər şey dünya çempionatına kimi..." - Qrizmann[/b]
02.06.2018 - 12:58
[b]"Hər şey dünya çempionatına kimi..." - Qrizmann[/b]

“Atletiko”nun hücumçusu Antuan Qrizmannın gələcəyi hamıda maraq doğurur. Apasport.az saytının goal.com-a istinadən məlumatına görə, fransız futbolçu karyerasını harda davam etdirəcəyinə dair yekun qərarının nə zaman bəlli olacağını açıqlayıb.

 

“Hər şey dünya çempionatının startına qədər bəlli olacaq” – deyə, Qrizmann bildirib.

 

“Barselona” Qrizmannla yaxından maraqlanır. “Atletiko” isə 27 yaşlı futbolçuya katalon klubundan daha çox məvacib – 25 milyon avro – təklif etməyə hazırdı.

 

Qeyd edək ki, geridə qalan mövsümdə La Liqada 32 matçda meydana çıxan Antuan Qrizmann 19 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.