İngiltərə yığmasının heyəti açıqlanıb. Apasport.az saytı xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Sloveniya və Litva ilə qarşılaşacaq britaniyalıların baş məşqçisi Qaret Sautqeyt 26 futbolçuya dəvət göndərib.
Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Çelsi"dən yalnız Qari Keyhill milliyə çağırılıb.
Qapıçılar: Co Hart ("Vest Hem"), Freyzer Forster ("Sauthempton"), Cek Batlend ("Stok Siti"), Cordan Li Pikford ("Everton")
Müdafiəçilər: Rayan Bertrand ("Sauthempton"), Aaron Kressuel ("Vest Hem"), Qari Keyhill ("Çelsi"), Fil Cons, Kris Smollinq (hər ikisi "Mançester Yunayted"), Qarri Maquayr ("Lester"), Con Stounz, Kayl Uoker (hər ikisi "Mançester Siti"), Maykl Kin ("Everton"), Kiran Trippyer ("Tottenhem")
Yarımmüdafiəçilər: Erik Dayer, Dele Alli (hər ikisi "Tottenhem"), Fabian Delf, Rahim Sterlinq (hər ikisi "Mançester Siti"), Cordan Henderson, Aleks Oksleyd-Çemberlen (hər ikisi "Liverpul"), Cessi Linqard ("Mançester Yunayted"), Ceyk Livermor ("Vest Bromviç")
Hücumçular: Markus Reşford ("Mançester Yunayted"), Harri Keyn ("Tottenhem"), Cermeyn Defo ("Bornmut"), Daniel Starric ("Liverpul").
Qeyd edək ki, Sloveniya ilə oktyabrın 5-də Londonda üz-üzə gələcək ingilislər bundan 3 gün sonra səfərdə Litva ilə qarşılaşacaqlar.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”