Qış fasiləsində yeni prezidentinə qovuşan “İnter”də struktur dəyişikliyi davam edir. Apasport.az futbolinfo.az saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisində bəzi ixtisarlar olub.
Klubdan verilən məlumata görə, fəaliyyətin optimallaşdırılması məqsədilə heyətdə ixtisarlar aparılıb. İşdən çıxarılan şəxslərə qanuna uyğun olaraq, kompensasiyalar ödəniləcək. İxtisarlar bütün departamentlər üzrə baş tutub. Vəzifəsindən kənarlaşdırılan şəxslərdən biri də klubun vitse-prezidenti Müzəffər Novruzəliyevdi. Ümumiyyətlə, “İnter”də vitse-prezident vəzifəsi ləğv olunub.
Qeyd edək ki, daha öncə də komandanın Uşaq-Gənclər Futbol Məktəbinin inkişafı üzrə layihə rəhbəri Valentin Xodukinlə yollar ayrılmışdı.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi