[b]"Karius əfsanədi" - "Mançester Yunayted" azarkeşindən maraqlı addım - FOTO[/b]
30.05.2018 - 13:40
"Mançester Yunayted" azarkeşlərindən biri "Liverpul"un qolkiperi Loris Kariusun Çempionlar Liqasında "Real"la oynanılan final görüşündəki çıxışını əbədiləşdirmək qərarına gəlib. Apasport.az saytının "The Sun"a istinadən məlumatına görə, o, "Karius əfsanədi" yazısını ayağına döydürüb.
"Mançester Yunayted" azarkeşinin bu istehzalı hərəkəti sosial şəbəkələrdə maraqla qarşılanıb.
Qeyd edək ki, Loris Kariusun kobud səhvlərinin nəticəsi olaraq, "Liverpul" "Real"la qarşılaşmada qapısında iki qol görmüşdü.
0
0