[b]"Kəpəz"in 6 illik sindromu [/b]
19.02.2016 - 23:08
[b]"Kəpəz"in 6 illik  sindromu  [/b]

Topaz Premyer Liqasının XXII turunun açılış matçında "İnter"ə (0:1) məğlub olan "Kəpəz"in uğursuz seriyaları davam edir. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi ardıcıl 4-cü matçda da "bankirlər"in qapısına yol tapa bilməyib.

 

"Kəpəz"in sonuncu dəfə 2012-ci ilin oktyabrında "İnter"i mərkəzə dəvət etdiyini nəzərə alsaq, gəncəlilərin 3 il 4 aydı paytaxt klubunun qapısından top keçirə bilmədiyini görərik.

 

Bundan başqa, "İnter"in "Kəpəz" önündə məğlubiyyətsiz oyunlar seriyası 8 matça çatıb. Son 8 görüşün yalnız 2-də "Kəpəz" qolsuz heç-heçə sayəsində rəqibindən 1 xal ala bilib.

 

2001-ci ildən bəri bu komandalar arasında keçirilən 16 matçın yalnız 1-də (2010-cu il sentyabrın 26-da: "Gəncə" - "İnter" 1:0) qələbə üzü görən gəncəlilər ümumilikdə tarixləri ərzində "İnter"lə 21 dəfə üz-üzə gəlib və bunun yalnız 4-də 3 xala seviniblər.

 

Qeyd edək ki, "Kəpəz" keçmişdə "Gəncə" adı, "İnter" isə "Xəzər Universiteti" adı altında da çıxış edib.