[b]"Neftçi" - dünən cəzalandırır, bu gün bağışlayır[/b]
13.02.2015 - 10:56
[b]"Neftçi" - dünən cəzalandırır, bu gün bağışlayır[/b]

"Neftçi" əvəzedici heyətə göndərilən Ernest Nforu geri qaytarıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, buna kamerunlu hücumçunun əvəzedici komandanın məşqlərində səylə iştirak etməsi və meydana çıxdığı oyunlarda fərqlənməsi səbəb olub.

 

Belə ki, əvəzedicilərin son iki qələbəsində pay sahibi olan futbolçu, baş məşqçi Arif Əsədova müraciət edərək yenidən əsas komandaya qayıtmaq istədiyini və özünü sübut etmək üçün ona şans verilməsini istəyib. Bu müraciətdən sonra məşqçilər korpusunun təqdimatına əsasən onun əsas komandaya qaytarılmasına qərar verilib.

 

Qeyd edək ki, Nfor bir müddət öncə məşqlərdə və oyunlarda peşəkar səviyyəsindən aşağı çıxış etməsi və intizamsızlığı səbəbindən məşqçilər korpusunun təqdimatına əsasən əvəzedici heyətə göndərilmişdi.