[b]"Neftçi" – "Herta" matçı canlı yayımlanacaq[/b]
01.08.2017 - 17:40
[b]"Neftçi" – "Herta" matçı canlı yayımlanacaq[/b]

Avstriya toplanışında olan "Neftçi”nin "Herta” ilə keçirəcəyi yoxlama oyunu canlı yayımlanacaq. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Almaniya təmsilçisi ilə görüş “ağ-qaralar”ın rəsmi “Youtube” səhifəsi – "Neftçi” TV vasitəsilə göstəriləcək.

 

Avqustun 2-də keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

 

Qeyd edək ki, “Neftçi” Avstriya toplanışında əvvəlki yoxlama matçlarında Almaniyanın “Şalke” (0:1) və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu (1:1) ilə qarşılaşıb.