[b]"Neftçi" “Atletik”lə “Fənərbaxça”ya qarşı[/b]
05.04.2018 - 12:16
[b]"Neftçi" “Atletik”lə “Fənərbaxça”ya qarşı[/b]

Türkiyədə keçiriləcək "İzmir Cup”da daha bir Azərbaycan təmsilçisi çıxış edəcək.  Apasport.az xəbər verir ki, beynəlxalq yarışda “Qəbələ” ilə yanaşı, "Neftçi”nin U-12 komandası da qüvvəsini sınayacaq.

 

“Ağ-qaralar” turnirdə sabah ilk oyununa çıxacaq. Baş məşqçi Emin Salmanovun yetirmələri İtaliyanın "Sampdoriya” klubu ilə qarşılaşacaq.

 

B qrupunda yer alan "Neftçi”nin digər rəqibləri "Atletik” (İspaniya), "Fənərbaxça” (Türkiyə), "Bucaspor” (Türkiyə), "Altınordu Lacivert” (Türkiyə) və "Brommapoykarna” (İsveç) olacaq.

 

Qeyd edək ki, “İzmir Cup”da ümumilikdə 56 komanda iştirak edəcək.