[b]"Neftçi"də kimi bezdiriblər?[/b]
16.01.2015 - 22:46
[b]"Neftçi"də kimi bezdiriblər?[/b]

Qış fasiləsindən yararlanan "Neftçi" təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirir. Apasport.az saytı xəbər verir ki, hazırlıq dönəmində "ağ-qaralar"dan daha bir futbolçunun ayrılma ehtimalı olduqca yüksəkdi.

 

Əldə etdiyimiz məlumata görə, bakılıların yarımmüdafiəçisi Samir Məsimov "Neftçi"də oynamaq istəmir. Klubda ona olan soyuq münasibət 20 yaşlı futbolçunu bezdirib. Buna görə də onun hazırda Antalyada olan rus menecerləri Samirə yeni iş yeri tapmağa çalışır. Bizə daxil olan məlumata əsasən, Məsimovla klub rəhbərliyi arasında ciddi narazılıq yaranıb. Bu narazılıqda isə Samirin klub rəhbərliyi tərəfindən "Neftçi"sayağı susdurulduğu bildirilir.

 

Qeyd edək ki, yarımmüdafiəçinin xidmətindən Türkiyə PTT 1-ci Liqa təmsilçisi olan "Adanaspor" da maraqlıdı. Türk klubunun bu futbolçuyla maraqlanması heç də təsadüf deyil. Belə ki, hazırda adanalıların baş məşqçisi olan Güvənc Kurtar "Rəvan"ı çalışdıranda Məsimovun oyununu bəyənmişdi.

 

Mənbə: futbolinfo.az