[b]"Neftçi"nin məşqçiləri yığmada[/b]
29.12.2017 - 17:07
[b]"Neftçi"nin məşqçiləri yığmada[/b]

“Neftçi”də iki ayrılıq baş verib. Apasport.az klubun saytına xəbər verir ki, “ağ-qaralar” əvəzedicilərin məşqçisi Aleksandr Qross və U-17 komandasının baş məşqçisi Arslan Quliyevlə vidalaşıblar.

 

Hər iki çalışdırıcının müqavilələrinə xitam verilib.

 

Adıçəkilən məşqçilər Azərbaycan millilərinə dəvət olunublar.