[b]"Onlara mükafatın verilməsi düzgündü" - Berti Foqts[/b]
06.11.2017 - 20:53
[b]"Onlara mükafatın verilməsi düzgündü" - Berti Foqts[/b]

"Seçmə mərhələdə yaxşı çıxış edərək, dünya çempionatına vəsiqə qazanan yığma üzvlərinə mükafatın verilməsi normal və düzgündü". Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts deyib.

 

Ölkəsinin mətbuatına açıqlama verən 71 yaşlı mütəxəssis Almaniya millisi haqda danışıb.

 

O, Bundestimin baş məşqçisi Yoahim Lövün yığmaya dəvət etdiyi hər bir futbolçunun potensialına yaxından bələd olduğunu deyib: "Bu heyətin əksər üzvləri mundial həyəcanını yaşayıblar. Onların dünya çempionatı kimi mötəbər yarışa hansı səviyyədə konsentrasiya olacaqlarını və bu turnirdə necə çıxış edəcəklərini baş məşqçi dəqiq bilir. Təbii ki, heyət üzvlərinin sağlam olması vacibdi".

 

Foqts uzun fasilədən sonra Almaniya millisinə dəvət alan Mario Götze və İlkay Gündoğan barədə də fikirlərini bildirib: "Ümid edirəm ki, Mario və İlkay yığmanın baş məşqçisinin onlara şans verdiyini anlayırlar. Özü də hər ikisi klublarında son oyunları elə də yaxşı keçirməyiblər. Artıq özlərini göstərib, mundiala yollanacaq heyətə düşməlidilər. Əgər baş məşqçinin bir mövqeyə iki yüksək səviyyəli futbolçusu varsa, o, dünya kubokunu qazandırmış oyunçuya şans verəcək. Yekun seçimi onun xeyrinə edəcək. Çünki lazım olan anda həmin futbolçuya güvənə biləcəyini yaxşı anlayır".  

 

Qeyd edək ki, Berti Foqts millimizi 2008-2014-cü illərdə çalışdırıb. 

0