2015-ci ilin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb. Apasport.az-ın FİFA-nın rəsmi saytına istinadən məlumatına görə, ali futbol qurumu 10 çalışdırıcının adını siyahıya salıb.
Siyahıda ən çox mütəxəssislə İspaniya təmsil olunur. Belə ki, ispanların 3 məşqçisi bu ada namizəddi. Bundan başqa, 2 italiyalı, 2 fransalı, 2 argentinalı və 1 portuqaliyalı da ilin ən yaxşı məşqçisi olmağa yaxındı.
Yekun siyahıda 3 məşqçinin adı qalacaq və onlardan biri ilin ən yaxşı çalışdırıcısı adına layiq görüləcək.
“Onluq”dakı baş məşqçilər bunlardı: Massimiliano Alleqri (“Yuventus”), Karlo Ançelotti (“Real”), Loren Blan (PSJ), Unai Emeri (“Sevilya”), Pep Qvardiola (“Bavariya”), Luis Enrike (“Barselona”), Joze Mourinyo (“Çelsi”), Jorje Sampaoli (Çili yığması), Dieqo Simeone (“Atletiko”), Arsen Venger (“Arsenal”).
Qeyd edək ki, futbol ictimaiyyəti ən şanslı mütəxəssisin “Barselona”nın “sükanı arxası"nda olan Luis Enrike olduğunu düşünür.