[b]"Qarabağ" “qara bazar”a görə polisə müraciət etdi[/b]
17.08.2014 - 16:45
[b]"Qarabağ" “qara bazar”a görə polisə müraciət etdi[/b]

Avqustun 21-də "Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya təmsilçisi "Tvente"ni qəbul edəcək. Apasport.az saytının xəbərinə görə, oyuna marağın böyük olduğunu nəzərə alaraq, dünəndən bilet satışı başlanıb və artıq 5000-dən çox bilet satılıb.

 

Bilet satışı zamanı bir sıra problemlərin yarandığını nəzərə alaraq, "Qarabağ" rəhbərliyi kassa önündəki "qara bazar"ı yığışdırmaq üçün Bakı şəhər Nərimanov rayon polis idarəsinə müraciət edib. Kassadan rahat bilet almağınız üçünsə kassa ətrafına şəxsi mühafizəçilər yerləşdirilib. (klub saytı)