[b]"Qarabağ" "Sumqayıt"a qalib gəldi[/b]
24.03.2018 - 19:05
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Qarabağ"la "Sumqayıt" yoxlama görüşündə üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, qarşılaşma "Azərsun Arena"da baş tutub.
Yığmaların heyətində yer alan futbolçuların qatılmadığı görüş Ağdam təmsilçisinin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 2:1. Ölkə çempionunun heyətində Pedro Enrike və Ruslan Hacıyev fərqlənibsə, "Sumqayıt"ın yeganə qoluna Elnur Abdullayev imza atıb.
Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasında turnir cədvəlinə başçılıq edirsə, "Sumqayıt" 3-cü pillədə qərarlaşıb.
0
0