"Qarabağ" mövsümlərarası fasilədə ikinci transferini rəsmiləşdirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, "köhlən atlar" Rahil Məmmədovu heyətinə qatıb. Mərkəz müdafiəçisiylə 3 illik müqavilə imzalanıb.
Peşəkar karyerasına 2014/15-ci illər mövsümündə “Neftçi”də başlayan Məmmədov geridə qalan mövsümün qış fasiləsində icarə əsasında “Səbail”ə keçmişdi.
Rahil Məmmədov “Neftçi” formasıyla 43, “Səbail”in heyətində isə 13 dəfə meydanda olub. Müxtəlif yaş qrupları üzrə milli komandalarda çıxış etmiş müdafiəçi bu ildən etibarən 2 dəfə əsas millimizə dəvət alıb.
Qeyd edək ki, "Qarabağ" bu gün həmçinin "Qəbələ"nin sabiq futbolçusu Filip Ozobiçi transfer etdiyini açıqlamışdı.