[b]"Qarabağ"ın futbolçusu millidə[/b]
29.09.2017 - 01:28
DÇ-2018-in seçmə mərhələsində son oyunlarını Belçika və Estoniyaya qarşı keçirəcək Bosniya və Herseqovina yığmasının heyəti açıqlanıb. Apasport.az saytı xəbər verir ki, milliyə dəvət alan oyunçuların sırasında "Qarabağ"ın üzvü İbrahim Şehiç də var.
Belə ki, baş məşqçi Mehmed Bajdareviç 29 yaşlı qapıçının da adını yığmaya çağırılan futbolçuların siyahısına daxil edib.
Qeyd edək ki, oktyabrın 7-də öz meydanında Belçika ilə qarşılaşacaq Bosniya və Herseqovina millisi 3 gün sonra Estoniyanın qonağı olacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0