[b]"Qəbələ"nin futbolçusu sıradan çıxdı[/b]
10.02.2018 - 19:21
[b]"Qəbələ"nin futbolçusu sıradan çıxdı[/b]

Premyer Liqanın XV turunun mərkəzi qarşılaşmasında "Qarabağ" "Qəbələ"ni qəbul edir. Apasport.az saytının məlumatına görə, "qırmızı-qaralar" matçın əvvəlində xoşagəlməz halla üzləşiblər.

 

Belə ki, qonaqların aparıcı futbolçusu Baqali Dabo oyunun ilk dəqiqələrində zədələnib. Bu səbəbdən o, komandanın baş məşqçisi Roman Qriqorçukdan əvəzlənməsini istəyib. Nəticədə ukraynalı çalışdırıcı 12-ci dəqiqədə Dabonun yerinə Famussa Koneni meydana buraxıb.

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən qarşılaşmada hesab açılmayıb.