“Rəvan” dağılmaq təhlükəsi ilə üz-üzədi. Apasport.az-ın futbolinfo.az saytına istinadən məlumatına görə, futbolçuların maaşını verməyən paytaxt klubunun rəhbərliyi boykotla üzləşib.
Dünəndən etibarən məşqlərə çıxmayan futbolçular bu gün rəhbərliyin qəbulunda olub. Baş məşqçi Bəhmən Həsənov çalışmaqdan imtina edən futbolçuları rəsmilərlə görüşdürüb. Orada isə futbolçular 3 aydı maaş ala bilmədiklərini nəzərə çatdırıb. Rəhbərliyin “qırmızı-qırmızı” “pul olmayacaq, hazırlaşın, olanda verəcəyik” deməsini futbolçular da qarşılıqsız qoymayıb. Onlar əşyalarını yığaraq, klubun bazasını tərk edib və “pul olanda gələrik” cavabını veriblər.
Vəziyyətin kritikliyini görən prezident Samir Maliksoy və yarıtmaz idarəçi kimi tanınan İlqar Axundov futbolçuları müqavilələrinin olması ilə hədələyib. Onların heç bir klubda oynaya biləyəcəklərini deyən rəsmilər futbolçuları qorxutmağa çalışıb. Amma futbolçular sözündən dönməyib və 3 aydı maaşlarını ala bilmədikləri üçün özləri AFFA-ya şikayət edəcəklərini bildiriblər.
Kəsəsi, “Rəvan” göz görə-görə dağılır. Klubun himayədarı Nuru Əliyev bankda saxladığı dollarlarını manata çevirib, futbolçuların əməkhaqqını verməkdənsə, komandanın dağılmasında maraqlıdı.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi