[b]"Sizi sevindirməyə davam edəcəm" - Neymar PSJ-də qalır?[/b]
12.05.2018 - 12:50
[b]"Sizi sevindirməyə davam edəcəm" - Neymar PSJ-də qalır?[/b]

"Yeni formanı əynimdə daşımaqdan qürur duyuram. Sizi sevindirməyə davam edəcəm". Apasport.az saytının məlumatına görə, bu sözlər PSJ-nin hücumçusu Neymara məxsusdu.

 

Braziliyalı futbolçu tvitter hesabında Paris klubunun yeni forması haqqında fikirlərini bölüşüb.

 

Müxtəlif media qurumlarının son günlərdə Neymarın "Real"a keçəcəyini yazmasının ardından, forvardın yeni formanın təqdimatında iştirak etməklə, klubda qalacağına işarə vurduğu bildirilir.