“Xəzər Lənkəran”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu az əvvəl “Facebook” profilində yazdığı statusla 17 yaşlılardan ibarət millimizin baş məşqçisi Təbriz Həsənova etirazını bildirib. Apasport.az saytı xəbər verir ki, “ağ-yaşıllar”ın əsas heyətinin və U-17 millimizin üzvləri Yusif Həsənovla İbrahim Qədirzadənin yerli-yersiz, tez-tez yığmaya cəlb edilməsi “Xəzər Lənkəran” tərəfinin səbrini daşırıb.
Onların sözügedən millinin qarşıdakı 2 sınaq matçına dəvət almış bu futbolçular üçün icazə istəməsindən sonra Təbriz Həsənov qarşı tərəfə hədə-qorxu gəlib. Həsənov adıçəkilən futbolçuları milliyə dəvət etməyəcəyi ilə hədələyib. Bu, bardağı daşıran son damcı olub.
Cənub təmsilçisinin mətbuat katibi Hüseyn Cəbrayıloğlu saytımıza açıqlamasında məsələyə belə izah gətirdi: “Bu iki futbolçu – Yusif Həsənovla İbrahim Qədirzadə istedadlı uşaqlardı. Son 1 ayda bu futbolçuları 4-5 dəfə Mərdəkana – millinin düşərgəsinə çağırıblar. Hər matçdan sonra biz olnları göndəririk, 4-5 gün orada məşq edib qayıdırlar. Demək olar ki, bu uşaqlar Bakı - Lənkəran yolu arasında qalıblar. Biz də vacib oyunlarımıza görə qarşı tərəfə müraciət etmişik ki, onları baş tutacaq 2 yoxlama oyunundan azad etsinlər. Bu uşaqlar bütün toplanışlarda iştirak ediblər. U-17 yığmamızda Premyer Liqamızda oynayan cəmi bu 2 nəfərdi. Onsuz da bu uşaqlar ölkə çempionatında oynayırlar da, bundan yaxşı nə ola bilər ki? Digərləri heç əvəzedici komandaya düşə bilmir. Bizim həmin futbolçuların yoxlama matçından azad edilməsi ilə bağlı müraciətimizdən sonra U-17 millimizin inzibatçısı futbolçularımıza deyib ki, bəs, “Təbriz müəllim hirslənib, bir də sizi milliyə çağırmaycaq”. Bundan sonra Təbriz bəyə zəng etdim, mənə dedi ki, “bu iki futbolçu mənə lazım deyil”. Necə yəni lazım deyil? Bu oyunçular milinin əsas üzvləridi. Sən niyə bu oyunçuları həvəsdən salırsan? Futbolçuları belə sındırmaq, təhqir etmək olmaz! Heç rəsmi oyun da deyil. Nizamnamə ilə biz futbolçularımızı rəsmi oyundan 3 gün qabaq milliyə buraxa bilərik. Rəsmi olaraq, heç yerə müraciət etməmişik. Sadəcə, ürəyimdən gəldi deyə “Facebook”a yazdım. Digər 17 yaşlı futbolçular heç klubunun U-19 komandasında oynaya bilmirlər. Amma Yusif bir neçə gün əvvəl əsas komanda ilə “Neftçi”yə qarşı 90 dəqiqə meydanda olub. Bir müddət əvvəl Rusiyada Qranatkin turnirində də İbrahim Qədirzadəni cəmi 1 matçda 4 dəqiqə meydana buraxıb, həmin görüşdə də qol vurub. Orada da meydana buraxmır, deyir ki, “onsuz da sən klubunun əsas heyətində oynayırsan, mənə lazım deyilsən”. Lazım deyilsə, milliyə niyə çağırırsan?”
Hüseyn bəy daha sonra sosial şəbəkədə Təbriz Həsənovu gizli işlərinin üstünü açmasıyla bağlı hədələyib, onunla bağlı lətifələr yazacağını bildirib. Statusa bir neçə şərh yazıldıqdan sonra Cəbrayıloğlu “Təbriz Həsənov ilk öncə futbolçulara verilən “snikers” şokoladını evinə yığıb aparmasın” yazmaqla faktiki məşqçini oğurluqda, futbolçuların qidalarını mənimsəməkdə suçlayıb.
Məsələylə bağlı Təbriz bəyin də fikirlərini öyrənmək istədik. Millini məşqçisi zənglərimizə cavab vermədi. Həsənov susmağın razılıq əlaməti olduğunu bilirsə, ittihamları rədd etmək üçün mütləq açıqlama verməlidi.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”