[b]"Zirə"nin baş məşqçisi özündən çıxdı[/b]
25.09.2016 - 19:41
[b]"Zirə"nin baş məşqçisi özündən çıxdı[/b]

Ölkə çempionatının VI turu çərçivəsində hazırda keçirilən "Zirə" - "Qəbələ" matçında ev sahiblərinin baş məşqçisi Adil Şükürov özündən çıxıb. Apasport.az saytının məlumatına görə, qonaqların 2-ci qolundan əvvəl, daha dəqiq desək, 74-cü dəqiqədə baş verən epizod adıçəkilən çalışdırıcını qəzəbləndirib. 

 

Belə ki, "Zirə"nin futbolçusu Adil Nağıyev "Qəbələ"dəki həmkarı Məhəmməd Mirzəbəyovla mübarizə zamanı yerdə qalıb. Hakimin cərimə zərbəsi təyin etmədiyini görən Şükürov referilərə sərt şəkildə etiraz edib. Lakin onun etirazı faydasız olub. 

 

Bundan cəmi 2 dəqiqə sonra isə Teo Uiks həm özünün, həm də "Qəbələ"nin ikinci qolunu vuraraq, Şükürovun qəzəbini bir qədər də artırıb.

0