[b]A seriyasının ən yaxşıları açıqlandı[/b]
15.12.2015 - 10:53
[b]A seriyasının ən yaxşıları açıqlandı[/b]

İtaliya A seriyasında 2014/15 mövsümünün ən yaxşıları məlum olub. Apasport.az-ın “assocalciatori.it” saytına istinadən məlumatına görə, ən yaxşı futbolçu və baş məşqçi mükafatlandırılıb.

 

“Yuventus”un sabiq hücumçusu Karlos Tevez hamıdan çox səs toplayaraq, mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb. Yayda “Boka Xuniors”a keçən argentinalı forvard ötən mövsüm İtaliya çempionatında 20 qola imza atmışdı.

 

“Yuve”nin çalışdırıcısı Massimiliano Alleqri ən yaxşı baş məşqçi nominasiyasının qalibi olub. O, komandaya həm çempionluğu, həm də ölkə kubokunu qazandıraraq buna layiq görülüb.

 

2014/15 mövsümünün ən yaxşı hakimi isə İtaliyanın FİFA dərəcəli referisi Nikola Ritsoli olub.