[b]ABŞ – Azərbaycan oyununu hansı telekanallar göstərəcək?[/b]
10.03.2014 - 11:25
[b]ABŞ – Azərbaycan oyununu hansı telekanallar göstərəcək?[/b]

Millimizin bu il Braziliyada keçiriləcək mundialın iştirakçısı ABŞ-la yoldaşlıq oyununu hansı telekanalların verəcəyi maraqla gözlənilir. Apasport.az saytının məlumatına görə, Şimali Amerika qitəsinin təmsilçisinin dünya çempionatı öncəsi millimiz, Türkiyə və Nigeriya ilə görüşləri yerli telekanallar tərəfindən göstəriləcək.

Belə ki, yığmamızın yerli vaxtla mayın 27-si saat 19:00-da görüşəcəyi ABŞ millisi ilə oyunu 3 yerli telekanal tərəfindən yayınlanacaq. Bunlar məşhur ESPN2, “WatchESPN” və “UniMas” telekanallarıdır. Bu telekanallar həmçinin ABŞ-ın aprelin 2-də Meksika ilə yoldaşlıq oyununu da canlı yayınlayacaq.

Qeyd edək ki, millimizin ABŞ-la oyunu bizim vaxtla mayın 28-i səhər saat 8-ə düşür. Buna səbəb Kaloforniya ştatının vaxt fərqinin 13 saat bizimkindən geri olmasıdır.