Salvador millisinin keçmiş baş məşqçisi Roman Maradiaqu cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis FİFA tərəfindən 2 illik futboldan uzaqlaşdırılıb.
Buna səbəb onun danışılmış oyunları bilib məlumat verməməsidir. Belə ki, Salvador millisinin futbolçuları adı açıqlanmayan üçüncü bir ölkədən DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Kanada ilə oyun üçün stimullaşdırıcı təklif alıblar. Baş məşqçi bunu bilsə də, federasiya rəhbərliyinə məlumat verməyib.
Bu isə onun cəzalanması ilə nəticələnib.
Qeyd edək ki, Maradiaqu bundan əlavə 20 min isveçrə frankı cərimə də ödəyəcək.