Adı Azərbaycan milli komandası və “Neftçi”nin baş məşqçisi postunda hallanan tanınmış türkiyəli mütəxəssis Yılmaz Vural özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun istefasından sonra yığmamızın “sükanı arxası”na keçmək istəyini bildirən 61 yaşlı çalışdırıcı PTT I liqa təmsilçisi “Osmanlıspor”la ilkin razılığa gəlib.
Həmişə açıqlamalarında AFFA-dan rəsmi təklif gözlədiyini deyən Vural ötən gün Ankaraya gəlib. O, bu gün yeni komandası ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, indiyə qədər 28 klubda baş məşqçi kimi işləmiş Yılmaz Vural məşqçiliyə 1986-cı ildə “Malatyaspor”da başlayıb. Onun son klubu bu mövsüm Superliqaya yüksələn “Mersin İdmanyurdu” olub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı