Türkiyə klubu baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, PTT I liqasında çıхış edən "Osmanlıspor" komandaya yeni təyin olunan Yılmaz Vuralla yollarını ayırıb.
Bu postda Osman Özköylünü əvəzləyən təcrübəli çalışdırıcı istefasına səbəb kimi klubdakı ciddi problemləri göstərib. Hər iki tərəf qarşılıqlı razılıq əsasında müqavilənin müddətini ləğv edib.
Qeyd edək ki, indiyə qədər 29 klubda baş məşqçi kimi işləmiş Yılmaz Vuralın adı daha əvvəl Azərbaycan milli komandası və “Neftçi”nin “sükanı arxası”nda hallanırdı. O, Berti Foqtsun istefasından sonra həmişə açıqlamalarında AFFA-dan rəsmi təklif gözlədiyini bildirmişdi.