[b]AFFA-nın əməkdaşı Beynəlxalq Futbol Biznes İnstitutunuda[/b]
27.11.2017 - 11:04
[b]AFFA-nın əməkdaşı Beynəlxalq Futbol Biznes İnstitutunuda[/b]

AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov Belçikanın Brüssel şəhərində olub. Apasport.az saytının məlumatına görə, qurum rəsmisi bu şəhərdə yerləşən Beynəlxalq Futbol Biznes İnstitutunun (İnternational Football Business İnstitute) dəvəti ilə qonaq mühazirəçi qismində səfərə yollanıb.

 

Məmmədov “Executive Master in Football Business” kursunun magistr tələbələri üçün iki mövzu üzrə mühazirə oxuyub. Həmyerlimiz tələbələrə Klubların Lisenziyalaşdırması sistemi və UEFA-nın klub yarışları çərçivəsində oyunların təşkili barədə məlumat verib.

 

Mənbə: affa.az