[b]AFFA-ya “hə” deyən futbolçu sona qədər mübarizə apardı[/b]
09.01.2015 - 01:54
[b]AFFA-ya “hə” deyən futbolçu sona qədər mübarizə apardı[/b]

İspaniya kubokunun 1/8 final mərhələsinin ilk oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, “Qranada” doğma publika önündə “Sevilya”nı qəbul edib.

 

Görüşdə qonaqlar 1:2 hesabı ilə qalib gəlib.

 

Xatırladaq ki,  ötən gün Azərbaycana gələn “Qranada”nın futbolçusu Eddi İsrafilovun valideynləri və meneceri AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb. Tərəflər 22 yaşlı yarımmüdafiəçinin millimizdə oynamaq məsələsini müzakirə ediblər. Yekunda danışıqlar müsbət nəticələnib və İsrafilov komandamızın formasını geyinməyə “hə” deyib. Futbolçunun anası İradə İsrafilova isə yığmanın növbəti toplanışı zamanı oğlunun da gələcəyini bildirib.

 

Qeyd edək ki, “Sevilya” ilə matçda Eddi meydana start heyətdə çıxıb və sona qədər mübarizə aparıb.