[b]AFFA “Bakı” və “Qəbələ”ni cəzalandırdı[/b]
16.12.2014 - 14:34
[b]AFFA “Bakı” və “Qəbələ”ni cəzalandırdı[/b]

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XVI turunun oyunlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb. Qurum 2 komandanı ümumilikdə 2 min manat cərimələyib.

 

Belə ki, “Bakı” – “Xəzər Lənkəran” matçında ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 

“Qəbələ” – “Qarabağ” matçının 90+3-cü dəqiqəsində isə əyalət təmsilçisinin masajisti Namiq Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klubunu 1000 manat ziyana salıb.