AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan komandaların nümayəndələri Bakıya gələcək. Apasport.az saytının məlumatına görə, onlar sentyabrın 9-da keçiriləcək Azərbaycan - Bolqarıstan oyununu izləyəcəklər.
Hər iki komandanı canlı görmək üçün ölkəmizə 3 rəqibin “casus”ları gələcək. Bunlar Xorvatiyadan Andrey Panadic və Boris Kubla, Norveçdən Petter Rudi, İtaliyadan isə Marko Skarpadı. Bu 3 rəqibdən fərqli, qrupumuzun aşkar autsayderi Malta "Bakcell Arena"dakı oyuna nümayəndə göndərməyəcək.
Qeyd edək ki, Azərbaycan – Bolqarıstan oyunu saat 21:00-da başlayacaq.
Mənbə: affa.az