Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda I divizionda keçirilən oyunlarda baş verənlər müzakirə olunub.
Komitə “Şüvəlan”ın baş məşqçisi Aqil Nəbiyevlə bağlı məsələyə də baxıb. “Mil-Muğan”la səfər oyunu zamanı stadionun plastik şitini sındıran çalışdırıcı cəzadan qaça bilib.
Onun komandası stadiona dəymiş ziyan əsasında “Mil-Muğan”ın təqdim edəcəyi hesabı ödəməklə kifayətlənəcək.
Bundan başqa, “Ağsu” – “Binə” matçı başlamazdan əvvəl qonaq azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün paytaxt təmsilçisi 80 manat cərimə olunub.