[b]AFFA Gəncə klubunda “lipa” tapdı[/b]
15.12.2015 - 14:01
[b]AFFA Gəncə klubunda “lipa” tapdı[/b]

AFFA-nın təşkil etdiyi U-13 Liqasında saxta sənədlə çıxış edən futbolçu aşkarlanıb. Apasport.az saytının məlumatına görə, qurum UGİM “Gənclərbirliyi”nin heyətində sənədləri qaydasında olmayan futbolçunun olduğunu müəyyənləşdirib.

 

Gəncə klubunun heyətində çıxış edən Elcan Budaqov adlı futbolçunun sənədlərinin saxta olması AFFA-nın qeydiyyat və statistika şöbəsi tərəfindən aşkarlanıb. Bu barədə İntizam Komitəsinə məlumat verildiyi üçün sonuncular faktıla bağlı qərar verib. Nəticədə futbolçunun iştirakı ilə keçirilən matçlara görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilməsi qərara alınıb. “Lipa” 2 oyunda meydana çıxdığından “Səhra” UGİM-1 və “Qoşqar” UGİM-2 komandalarına texniki qələbə verilib.