[b]AFFA jurnalistləri Bakı Olimpiya Stadionuna toplayır[/b]
18.02.2016 - 13:15
[b]AFFA jurnalistləri Bakı Olimpiya Stadionuna toplayır[/b]

“AFFA – elektron idman KİV-i: dəyirmi masa” adlı ikinci tədbir keçiriləcək. Apasport.az saytının məlumatına görə, fevralın 19-da keçiriləcək tədbir Bakı Olimpiya Stadionunda baş tutacaq.

 

Saat 11:00-da başlayacaq tədbirə ölkəmizdə fəaliyyət göstərən idman təmayüllü saytların nümayəndələri dəvət olunub. Media nümayəndələrini Bakı Olimpiya Stadionuna aparmaq üçün ayrılan avtobus tədbir iştirakçılarını AFFA-nın inzibati binasının qarşısından stadiona aparacaq. Nəqliyyat vasitəsi tədbirdən yarım saat öncə yola düşəcək.

 

Qeyd edək ki, “AFFA – elektron idman KİV-i: dəyirmi masa” adlı birinci tədbir yanvarın 28-də  “Boulevard Hotel Baku” otelində keçirilib.

 

Mənbə: affa.az