[b]AFFA milliyə rəqib tapdı[/b]
11.01.2016 - 10:14
[b]AFFA milliyə rəqib tapdı[/b]

Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamız 2016-cı ildəki ilk matçını Qazaxıstana qarşı keçirəcək.

 

Bu matç Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. Robert Prosineçkinin yetirmələri Qazaxıstan millisi ilə martın 26-da qarşılaşacaq.

 

Oyunun başlama vaxtı və matçın keçiriləcəyi stadion yaxın günlərdə müəyyənləşəcək.

 

 

Qeyd edək ki, millimiz martın 21-dən 27-dək Antalyada təlim-məşq toplanışında olacaq.