AFFA Azərbaycan Premyer Liqasının XI turunun “Kəpəz” – “Qarabağ” oyununda (0:2) qeydə alınan “fair-play” nümunəsi ilə bağlı UEFA-nı məlumatlandıracaq. Apasport.az saytının xəbərinə görə, qurum Gəncə şəhər stadionunda keçirilən görüşün 26-cı dəqiqəsində, hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeylin etdiyi hərəkəti ədalətli oyun prinsiplərinə sadiqlik nümunəsi hesab edib.
Bu üzdən də AFA Oseqeyl barədə qitə futbol təşkilatının Fair-Play və Sosial Məsuliyyət Komitəsinə məlumat verməyi lazım bilib. Məlumat yaxın müddətdə UEFA-ya göndəriləcək.
Qeyd edək ki, Oseqeyllə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin Viktor referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirib və hakim penalti qərarını ləğv edib.
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək