[b]AFFA paytaxt klublarını cəzalandırdı[/b]
16.02.2016 - 12:20
[b]AFFA paytaxt klublarını cəzalandırdı[/b]

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXI turunun oyunlarında baş verən xoşagəlməz hadisələrlə bağlı qərarlar qəbul olunub. Komitə paytaxt klublarını cərimələyib.

 

Turun yeganə qırmızı vərəqə alan futbolçusu Kənan Müslümov 1 oyunluq cəzalanıb. “Zirə” ilə matçda ikinci sarı vərəqə üzündən meydandan qovulan müdafiəçi “Rəvan”ı 200 manat ziyana salıb.

 

“Xəzər Lənkəran”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Neftçi”nin cəriməsi daha ağır olub. Bakılılar 1000 manat ödəməli olacaq.