AFFA-nın milliləşdirmək istədiyi “Qarabağ”ın legioneri Reynaldo yığmamızda 6-cı braziliyalı ola bilər. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçuyadək millimizdə onun 5 həmyerlisi oynayıb.
Azərbaycan millisinin ilk braziliyalıları 2006-cı ildə Şahin Diniyevin yığmamızı çalışdırdığı vaxt komandaya cəlb olunub. Ümumiyyətlə, 5 braziliyalıdan 4-ü məhz onun baş məşqçiliyi dövründə milliləşib. Yalnız Fabio Luis Ramim sonradan yığmaya çağırılıb. Onu məhz yığmamızın indiki çalışdırıcısı Berti Foqtsun istəyi ilə milliləşdiriblər.
“Sambaçılar” yığmamızda üst-üstə 59 oyun keçirib, 5 qol vurublar. Oyun sayında Leandro Qomeş rekordçudu – 18. Fabio Luis Ramim isə daha çox qol vurub – 4 dəfə. İlk qol vuran braziliyalım isə Andre Ladaqa olub.
|
futbolçu |
oyun |
qol |
|
Leandro Melino Qomeş |
18 |
0 |
|
Fabio Luis Ramim |
16 |
4 |
|
Ernani Pereyra |
12 |
0 |
|
Andre Ladaqa |
11 |
1 |
|
Markus Ferreyra |
2 |
0 |