[b]Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi [/b]
07.04.2015 - 09:55
[b]Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi [/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi postunda dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, AFFA rəhbərliyi Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq, Avropa çempionatının elit-raundunda uğursuz çıxışdan sonra istefa verən Mirbağır İsayevin müraciətini müsbət dəyərləndirib.

 

Artıq yeni baş məşqçi ilə bağlı qərar da verilib. U-17-nin baş məşqçisi vəzifəsi 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənova həvalə olunub.

 

Qeyd edək ki, U-17-nin ev sahibi kimi qatılacağı 2016-cı ilin Avropa çempionatının final mərhələsi Bakıda keçiriləcək.