[b]Afrika Millətlər Kubokuna start verildi: Açılış matçında heç-heçə[/b]
18.01.2015 - 02:30
[b]Afrika Millətlər Kubokuna start verildi: Açılış matçında heç-heçə[/b]

Afrika Millətlər Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, 4 qrupda 16 komandanın mübarizə aparacağı qitə birinciliyinin açılış günü 2 qarşılaşma keçirilib.

 

Belə ki, A qrupunda təşkilatçı ölkə Ekvatorial Qvineya ilə Konqo, Burkino Faso ilə Qabon milliləri mübarizə aparıb.

 

Ekvatorial Qvineya - Konqo görüşündə hərəyə 1 dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıb – 1:1.

 

Qrupun digər oyununda isə Burkino Faso və Qabon yığmaları münasibətlərinə aydınlıq gətirib. Görüşdə qabonlular 2:0 hesabı ilə qələbə qazanıb.

 

Qeyd edək ki, bu gün B qrupunun iştirakçıları Zambiya Konqo Demokratik Respublikası ilə, Tunus isə Kabo-Verde ilə üz-üzə gələcək.

 

 

Afrika Millətlər Kuboku

I tur

17 yanvar

A qrupu

Ekvatorial Qvineya - Konqo 1:1

Qollar: Nsue, 16 - Bifuma, 87

 

Burkino Faso - Qabon 0:2

Qollar: Obameyanq, 20. Evuna, 72

 

1.

Qabon

1

1

0

0

2:0

3

2.

Ekvatorial Qvineya

1

0

1

0

1:1

1

3.

Konqo

1

0

1

0

1:1

1

4.

Burkino Faso

1

0

0

1

0:2

0