“Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah daha bir mükafat alıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı futbolçu Afrikada 2017-ci ilin ən yaxşı oyunçusu adına layiq görülüb.
Afrika Futbol Konfederasiyasının apardığı sorğunun nəticəsinə görə, Misir yığmasının üzvü 625 səslə birinci olub. Onu “Liverpul”da çiyin-çiyinə çıxış etdiyi seneqallı hücumçu Sadio Mane (507 səs) izləyib. Dortmund “Borussiya”sının qabonlu hücumçusu Pyerr-Emerik Obameyanq isə 311 səslə 3-cü yeri tutub.
Qeyd edək ki, Məhəmməd Salah bu yaxınlarda ərəb ölkələrinin futbolçuları arasında ilin ən yaxşısı seçilmişdi.