[b]Ağabala Ramazanov “Qarabağ”a 3 xal qazandırdı[/b]
08.04.2018 - 23:34
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında Azərbaycan çempionatında XXII tura start verilib. Apasport.az saytının məlumatına görə, bu gün turun ilk iki görüşü baş tutub.
Turnir cədvəlində 2-ci pillədə qərarlaşan “Səbail” “Qarabağ”a məğlub olub. Ağdam təmsilçisinin hər iki qoluna Ağabala Ramazanov imza atıb.
Digər matçda isə autsayder “Kəpəz” öz meydanında “Keşlə” ilə qolsuz bərabərə qalıb.
“Qarabağ” – “Səbail” – 2:1
Qollar: Ağabala Ramazanov, 13, 51 - Pərviz Qaraxanov, 28
“Kəpəz” – “Keşlə” - 0:0
Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.
0
0