[b]Ağasəlim Mircavadov: Bütün Avropa onun izi ilə gedir[/b]
10.12.2014 - 10:14
[b]Ağasəlim Mircavadov: Bütün Avropa onun izi ilə gedir[/b]

“Məşqçilər Komitəsi keçmiş SSRİ dönəmində də olub və bütün dünya bunu Sovetlər Birliyindən götürüb. Deməli, uğurlu olub ki, hər kəs belə bir komitənin xidmətinə ehtiyac duyub”. Bu sözləri apasport.az saytına açıqlamasında yeni yaradılan Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

 

Təcrübəli mütəxəssis bildirib ki, bütün dünya yenidən SSRİ-nin metodlarından yararlanacaq: “Mən “Xəzər Lənkəran”da işləyəndə Berti Foqtsla görüşmüşdüm. Otağımdakı stolun üstündə Valeri Lobanovskinin kitabı var idi. Onu götürüb, “bu insan dahi olub” dedi. Bütün Avropa artıq yavaş-yavaş onun qoyduğu izlə gedir. Biz niyə bundan bəhrələnməyək?”.

 

Qeyd edək ki, Ağasəlim Mircavadov keçmiş SSRİ dönəmində “Neftçi”nin baş məşqçisi olub. Müstəqillik dövrlərində isə Azərbaycan yığmasını, eləcə də “Qarabağ”, “Neftçi”, “Xəzər Lənkəran” və “Şəmkir”i çalışdırıb.