[b]Ağayev idarə etdi, “Beşiktaş” uduzdu[/b]
22.11.2017 - 00:13
[b]Ağayev idarə etdi, “Beşiktaş” uduzdu[/b]

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyun idarə edib. Apasport.az saytının məlumatına görə təmsilçimiz UEFA Gənclər Liqası matçında əsas söz sahibi olub.

 

O, “Beşiktaş” və “Portu”nun U-19 komandalarının oyununda ədaləti təmsil edib. Ağayev oyunda 1 qol qeydə alıb ki, bu da qonaqları sevindirib.

 

Azərbaycanlı hakim matçı vərəqəsiz başa vurmayıb. O, 6 futbolçuya xəbərdarlıq edib ki, onlardan dördü meydan sahiblərinə, qalan ikisi isə qonaq futbolçulara göstərilib.

 

Ağayevə sözügedən oyunda yan xəttdə Mübariz Həşimov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını Türkiyədən olan Oğuzhan Uğurlu yerinə yetirib.

0