[b]Ailton Silva “Neftçi”dən ayrılır[/b]
17.05.2016 - 13:03
[b]Ailton Silva “Neftçi”dən ayrılır[/b]

“Azərbaycanda oynamaq imkanı qazandım və buna görə “Neftçi” klubuna minnətdaram. Amma mənim  “Fluminense” ilə 2017-ci ilə qədər müqaviləm var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin müdafiəçisi Ailton Silva deyib.

 

Braziliya mətbuatı paytaxt klubunda icarə əsasında çıxış edən Silvanın mövsümün sonunda “Fluminense”yə qayıdacağını yazıb. Belə ki, “sambaçı”nın Azərbaycandakı çıxışı Braziliya klubunun rəhbərliyinin diqqətini çəkib. Nəticədə “Fluminense” Ailtonu geri qaytarmağa qərar verib.

 

Bununla bağlı ölkəsinin mətbuatına açıqlama verən 21 yaşlı futbolçu doğma klubuna qayıdacağını istisna etməyib. Ailton hazırda “Fluminense” ilə “Neftçi” rəhbərliyi arasında danışığın getdiyini bildirib: “Gənc olmağıma baxmayaraq, “Neftçi”də oynamaq mənə yaxşı təcrübə qazandırdı. Bir futbolçu kimi peşəkar oyunlar keçirdim. Müqavilə ilə “Fluminense”yə məxsusam. Klublar öz aralarında məsələni müzakirə edib, bir qərara gələcəklər. Həmin qərarı gözləyəcəm”.

 

“Fluminense”yə qayıtmaq istədiyini gizlətməyən Ailton komandanın hazırkı baş məşqçisi Levir Kulpi ilə çalışmaq istəyindədi: “Fluminense” yaxşı heyət toplayıb və böyük məşqçiyə sahibdi. Əgər Kulpi postunda qalsa, komandaya kömək etmək istərdim. Braziliya çempionatındakı rəqabətdə özümü göstərmək imkanı qazanmaq mənə faydalı olar”.

 

Qeyd edək ki, ötən ildən “Neftçi”nin formasını geyinən Ailton Azərbaycan Premyer Liqasında 31 oyunda 3 qola imza atıb.

 

0